Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Zelenski Almaniyaya xəbərdarlıq etdi: “Bu bir oyun deyil”

Tarix :
Zelenski Almaniyaya xəbərdarlıq etdi: “Bu bir oyun deyil”

Almaniya kansleri Olaf Şolz Ukraynaya Leopard 2 tanklarının tədarükü barədə öhdəlik götürməkdən imtina edib.
 
Xarici medianın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın tank göndərməkdə tərəddüd etməsini tənqid edib. Zelenski Almaniyanın ARD televiziyasına deyib: "Daha altı ay danışa bilərsiniz, amma burada insanlar hər gün ölür. Əgər sizin Leopard tanklarınız varsa, onları bizə verin".
O, həmçinin vurğulayıb ki, Ukrayna Rusiya ilə müharibədə özünü müdafiə edir və Rusiyaya hücum etmək niyyətində deyil.
Almaniyanın Leopard tanklarına bitərəf qalmasını tənqid edən Zelenski, "Bu, oyun deyil, nəyisə sübut etmək məsələsi də deyil. Almaniyaya təşəkkür edirik və bunu hamının eşitməsini istəyirəm. Amma hər gün insanlar ölür, qadınlara təcavüz edilir" - deyib.