
Türkiyəli müğənni İrem Derici yenidən estetik əməliyyat etdirməsi ilə gündəmə gəlib.
Ifaçı bu dəfə dodaqlarındakı əyriliyi aradan qaldırmaq üçün bıçaq altına yatıb: "Dodağımı da düzəltdim, düzəltdirmədiyim yerim yoxdur”.
35 yaşlı müğənni danışığı və səmimi açıqlamaları ilə tez-tez gündəm olur. O cümlədən indiyədək 3 dəfə burun əməliyyatı keçirib, sinə və dişlərini düzəltdirib.
Derici bir müddət əvvəl sinəsini böyütməsi ilə gündəmə gəlmişdi. Bu prosedurlar üçün 300 min TL-dən çox pul xərclədiyini bildirib.
