Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yasamalda su borusu partladı - VİDEO (YENİLƏNİB)

Tarix :
Yasamalda su borusu partladı - VİDEO (YENİLƏNİB)


“Bu gün səhər saatlarında "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1 400 mm-lik magistral su kəmərində qəza baş verib”.
Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb və hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikası cəlb olunub:
“Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.
***08:49
Bakının Yasamal rayonunda su borusu partlayıb.
Qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.
 

  • Yasamalda su borusu partladı - VİDEO (YENİLƏNİB)
  • Yasamalda su borusu partladı - VİDEO (YENİLƏNİB)