Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İrandan yaraqlılar atəş açdı: 4 Pakistan əsgəri həlak oldu

Tarix :
İrandan yaraqlılar atəş açdı: 4 Pakistan əsgəri həlak oldu

İranla Pakistan sərhədində, Bəluçestan əyalətinin Pəncqur bölgəsində həyata keçirilən terror əməliyyatı nəticəsində Pakistan ordusunun 4 hərbçisi həyatını itirib.
Hadisə ilə bağlı Pakistan Ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumatda hücum edənlərin İran ərazisindən istifadə edərək terror əməliyyatına əl atdıqları bildirilib.
Pakistan prezidenti Arif Ələvi və Baş nazir Şahbaz Şərif terror əməliyyatını pisləyib, İran hökumətindən sərhəddə təhlükəsizliyin təmin edilməsi üçün ciddi tədbirlər görməsini tələb ediblər.