Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Abbas Lisani aclıq aksiyasına başlayır

Tarix :
Abbas Lisani aclıq aksiyasına başlayır

Ərdəbil həbsxanasında olan güneyli siyasi məhbus Abbas Lisani aclıq aksiyası keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə siyasi məhbus özü xəbərdarlıq yayıb.

Bildirir ki, bu addım təhlükəsizlik orqanlarının onun tibbi məzuniyyətə buraxılması ilə bağlı Tibbi Komissiyanın rəyinə müdaxiləsi ilə bağlıdır.

Qeyd edək ki, bir neçə xəstəlikdən əziyyət çəkən Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs, 2 il sürgün cəzasına məhkum edilib.