Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Avropa Parlamenti SEPAH-ı terrorçu qruplaşma kimi tanıdı

Tarix :
Avropa Parlamenti SEPAH-ı terrorçu qruplaşma kimi tanıdı

Avropa Parlamenti (AP) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror qruplaşması kimi tanınmasını tələb edən qətnaməni qəbul edib.
Bu barədə qurumun saytında yayımlanıb. 
"Qara siyahı"ya İran İslam İnqilabı Keşikçiləri Korpusunun Silahlı Qüvvələri, Bəsic Könüllü Qüvvələri və SEPAH Qüds Qüvvələri daxil olunub. 
Fransanın Strasburq şəhərində keçirilən iclasda parlament həmçinin Avropa İttifaqını sanksiyalar siyahılarını İslam İnqilabının lideri Ayətullah Əli Xamenei, prezident İbrahim Rəisi, baş prokuror Məhəmməd Cəfər Montazeri və İran parlamentinin 227 deputatı da daxil olmaqla, bir çox fiziki və qurumları əhatə edəcək şəkildə genişləndirməyə çağırıb.
İnqilab Keşikçiləri Korpusunun üzvlərinə və ya filiallarına Avropa ərazisində hər hansı iqtisadi və maliyyə fəaliyyətini həyata keçirmək qadağan olunacaq.
Qətnamədə Avropa Parlamenti Böyük Britaniyanın SEPAH-ı terror təşkilatları siyahısına daxil etməyə hazırlığını alqışlayıb və bütün həmfikir ölkələri də bunu etməyə çağırıb.