Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Şöbə müdiri olan qadın HƏBS EDİLDİ

Tarix :
Şöbə müdiri olan qadın HƏBS EDİLDİ

Türkiyədə özəl banklardan birinin şöbə müdiri külli miqdarda pul vəsaitini mənimsəməkdə təqsirli bilinərək həbs edilib.
Yerli KİV xəbər verir ki, Ayşe Pelin Üner adlı şöbə müdiri 9 milyon lirə (813 min AZN) məbləğində pul vəsaitini mənimsəyib.
Belə ki, o, bankın köhnə müştərilərindən mənimsədiyi pulu əvvəlcə başqa hesablara, daha sonra isə öz hesabına köçürüb. Onun 15 ildən artıq bu fəaliyyətlə məşğul olduğu və yalnız uzun müddət istifadə edilməyən hesablardan köçürmə etdiyi ortaya çıxıb. Eyni zamanda, təqsirli bilinən şəxs avtomobillə hərəkət zamanı qəzaya uğrayıb. O, müalicə aldığı xəstəxanada polis nəzarətinə götürülüb.
Polis tərəfindən şöbə müdirinin evində aparılan axtarışlar zamanı mənimsənilən pulun bir hissəsi tapılıb. Həmçinin, köçürmə edilən bank hesabları məhkəmə tərəfindən bağlanılıb.
Onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə cinayət işi açılıb.