Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Apteklərdə sirop tapılmır: "Problem süni şəkildə yaradılır"

Tarix :
Apteklərdə sirop tapılmır: "Problem süni şəkildə yaradılır"

"Ümumiyyətlə, Azərbaycanda dərman qıtlığı süni şəkildə yaradılır. Bəzi dərmanlar əl altından satılır, bundan əlavə də neqativ məqamlar mövcuddur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla apteklərdə uşaq üçün qızdırma əleyhinə siropların tapılmamasına aydınlıq gətirərkən deyib. Professor bildirib ki, İnnovasiyalar Mərkəzi, Tarif Şurası və müvafiq qurumlar xalqı dərmanla təmin etməlidir:

"Panadol", "Parasetamol" siroplarından hər biri ölkəyə daxil olmalıdır. Həmin dərmanların qıtlığı ciddi qusurdur. Bu məsələni müvafiq orqanlar qaydaya salmalıdır”. 
 

 

Adil Qeybulla bu gün Azərbaycanda ciddi dərman qıtlığı yarandığını vurğulayıb:
 
"Bunun səbəbləri var. Biz bu dərmanların böyük əksəriyyətini Ukraynadan, Rusiyadan, Belarusdan gətirirdik. Ukraynda məlum hadisələrə görə əzcaçılıq sənayesində infrastruktur dağılıb. Ukrayna özü dərmanları humanitar yollarla alır. Belə olan təqdirdə, onlar Azərbaycana dərman idxal edə bilmir. Azərbaycanda Rusiya dərmanlarının azalması da müşahidə edilir. Bir sözlə, dərman qıtlığı ciddi problemə çevrilir və təcili qərarlar qəbul etmək lazımdır”.