Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Talibanın hədəfi indi də jurnalistlərdir

Tarix :
Talibanın hədəfi indi də jurnalistlərdir

Əfqanıstandakı Taliban rəhbərliyi qadınlara qarşı kəskin reaksiyalara səbəb olan qərarlar qəbul etməyə davam edir. Universitet təhsilinə qoyulan qadağadan sonra Taliban rəhbərliyi bu dəfə gözünü qadın jurnalistlərə dikib.
 
Xarici medianın məlumatına görə, canlı verilişdə iştirak edən Taliban rəsmisi mediada çalışan qadınlar hicabı “düzgün” geyinməsələr və ofisdə kişi həmkarları ilə qarışsalar, Taliban Əfqanıstanda medianı qadınlara bağlamaq üçün yeni əmr verəcəyi ilə hədələyib.
Qadınların lazımi tədbir görməməsi halında medianın bağlanacağını izah edən səlahiyyətli, “Yeni qərara hazır olmalıdırlar. Bu, bizim üçün qırmızı xəttdir. Gənclərin mənəvi deqradasiyasına səbəb olan şeylərə səssiz qala bilmərik” - deyib.
Taliban rəsmisinin işləyən jurnalist qadınlara qarşı bu açıqlamaları böyük səs-küyə səbəb olub.