Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Serj Sarkisyan və qızları məhkəməyə çağırıldı

Tarix :
Serj Sarkisyan və qızları məhkəməyə çağırıldı

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və onun qızları Anuş Minasyan və Satenik Sarkisyan məhkəməyə çağırılıblar.
 
Adıçəkilən şəxslər əmlakın müsadirə edilməsi ilə bağlı iddia çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar. Sözügedən iş prosesinə Aşxen Qarslyan hakim təyin edilib.
 
Xatırladaq ki, Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan və həyat yoldaşının da qanunsuz aktivlərinin müsadirə edilməsi prosesi gedib. Onlar da antikorrupsiya məhkəməsinə dəvət olunublar. Hazırda sessiya başlayıb, ancaq sessiyada Amram Makinyan başda olmaqla üçüncü prezidentin müdafiəçiləri iştirak edir.