Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qaçırdığı maşını transformatora çırpdı

Tarix :
Qaçırdığı maşını transformatora çırpdı

Saatlıda avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, yanvarın 18-də saat 23 radələrində Saatlı şəhəri ərazisindən rayon sakini G.Gəncəliyevə məxsus “Kia” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini Ə.İsmayılovun avtomobili transformatora vuraraq yol-nəqliyyat hadisəsi törətməsi məlum olub.
Ə.İsmayılov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.