Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi açıqlanacaq

Tarix :
Yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi açıqlanacaq

ABŞ-ın Ukraynaya təqdim edəcəyi növbəti hərbi yardım paketinin həcmi 2,6 milyard dollar təşkil edə bilər.
"Associated Press" xəbər verir ki, bu barədə mənbələr məlumat yayıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl CNN-ə bildirib ki, yeni hərbi yardım paketi bu həftənin sonunda elan ediləcək.
Digər şeylərlə yanaşı, siyahıya təxminən 100 Amerika "Stryker" zirehli döyüş maşını və ən azı 50 "Bradley" piyada döyüş maşını (IFV) daxil ola bilər.
Növbəti Amerika tədarükləri yanvarın 20-də Almaniyanın Ramşteyn aviabazasında keçiriləcək Kiyevə hərbi yardımın göstərilməsini koordinasiya edən Qərb ölkələrinin yaratdığı qrupun iclasından sonra veriləcək. ABŞ-ın müdafiə naziri Lloyd Ostin və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley toplantıda iştirak edəcəklər.