Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ər-Riyadda Messi-Ronaldo qarşılaşması

Tarix :
Ər-Riyadda Messi-Ronaldo qarşılaşması

Bu gün futbol tarixinin 2 məşhur siması - Lionel Messi və Kriştiano Ronaldo üz-üzə gələcəklər.
Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında “Əl-Nəsr” və “Əl-Hilal”ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşü keçiriləcək. Messi PSJ-nin, Ronaldo isə "Əl-Nəsrin futbolçusu olaraq seçmə komandanın tərkibində meydana çıxacaq.  Ər-Riyaddakı “Kral Fəhd” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 
Qeyd edək ki, bu görüş üçün PSJ 10 milyon avrodan çox gəlir əldə edəcəyi bildirilir.
35 yaşlı hücumçu ilə 37 yaşlı forvard son dəfə 771 gün əvvəl qarşılaşacaqlar. 2020-ci il dekabrın 8-də Messi“Barselona”nın, Ronaldo isə “Yuventus”un formasını geyinib. Həmin oyunda “Yuventus” 3:0 hesablı səfər qələbəsi qazanıb.