Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ələkbər Yasamallıdan kədərli paylaşım

Tarix :
Ələkbər Yasamallıdan kədərli paylaşım

Meyxanaçı Ələkbər Yasamallı 3 il əvvəl intihar edən bacısı oğlu Şamxalla bağlı paylaşım edib.
O, mərhumun şəklini sosial şəbəkə hesabında paylaşaraq yazıb:
“30 yaşımdan 40 yaşıma kimi keçən 10 il çox tez keçdi. Amma Şamxalsız keçən bu 3 il sanki ağrılı, acılı, hər saniyəsi mənə və ailəmizə kədər dolu 30 il kimi görsəndi. Kaş bu sözləri sən mənim üçün yazardın, Şamxalım. Kaş deyə-deyə 3 il də hər saniyəsi ağrılı keçdi.
Səninlə üzbəüz dayanıb dərdləşmək üçün nələr verməzdim. Sənə ancaq yaxşı şeylərdən danışardım. Sən gedəndən təəssüf ki, yaxşı nəsə olmayıb. Olubsa da, bizə yaxşı kimi görsənməyib. Allah günahlarını bağışlasın, qəbrin nurla dolsun”.