Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyə və İsrail Ukraynaya baş sağlığı verdi

Tarix :
Türkiyə və İsrail Ukraynaya baş sağlığı verdi

Türkiyə və İsrail Ukraynaya baş sağlığı verib.
“Kiyev yaxınlığındakı Brovarıda qəəsbəsində Ukrayna daxili işlər naziri də daxil olmaqla bir çox insanın həyatını itirdiyi helikopter qəzası ilə bağlı xəbəri böyük kədərlə öyrəndim”. 
Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. 
“Həlak olanların ailələrinə və dost Ukrayna xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm”,– deyə Çavuşoğlu bildirib. 
İsrailin XİN rəhbəri Eli Koen isə bildirib ki, Kiyevdə faciəli helikopter qəzası ilə bağlı xəbərdən dərin sarsıntı keçirib.
“Həlak olanlar arasında daxili işlər naziri və onun müavini, bir neçə uşaq da var. Həlak olanların ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verirəm”, - XİN rəhbəri bəyan edib.