Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Simitin faydaları: Cinsi gücü artırır, qanı duruldur...

Tarix :
Simitin faydaları: Cinsi gücü artırır, qanı duruldur...

İsti çayla ləzzətlə yeyilən simitin özünəməxsus dadı ilə yanaşı, həm də şəfa mənbəyi olduğunu bilirdinizmi?
Üzərindəki küncütün cinsi gücü artırdığı deyilən simitlərin başqa faydaları da var.
Biologiyada “Sesamum indicum” adlanan küncüt bitkisinin yetişmiş toxumlarından sıxılaraq əldə edilən küncüt yağı vitamin, mineral, antioksidant və lesitin baxımından zəngin bir qidadır.
Simitin üstünü bəzəyən küncütün tərkibində sesamol, sesamin və sesamolin adlı antioksidan birləşmələr var.
Küncüt qanda "pis" xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.
Küncütün tərkibində güclü antioksidant sayılan sezamin xərçəngin profilaktikasında effektlidir.
Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarkt riskini azaldır.
Küncüt immun sistemini möhkəmləndirir.
Qidalı liflərlə zəngin küncütün həzm sisteminə olan müsbət təsiri də danılmazdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir, orqanizmi toksik maddələrdən təmizləyir. Qanı duruldur.
Bununla belə, küncüt yağlı qidadır, ona görə də simit kimi karbohidratla birləşdikdə çox yeyildiyi təqdirdə çəki probleminə səbəb ola bilər.