Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ruslar Ukraynanın daha bir kəndini işğal etdi

Tarix :
Ruslar Ukraynanın daha bir kəndini işğal etdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yerləşən Sol qəsəbəsini ələ keçirib. 
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya MN-in nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə, Donetsk istiqamətində hücum dəstələrinin könüllüləri, eləcə də Rusiya Cənub Hərbi Dairəsinin operativ-taktiki və ordu aviasiyasının, raket qoşunlarının və artilleriyasının atəş dəstəyi ilə “Donetsk Xalq Respublikası”na məxsus Sol qəsəbəsini ələ keçirib. 
Rusiya MN ölən və yaralananlar barədə məlumat verməyib.
Xatırladaq ki, 2.450 km-lik cəbhə xətti boyunca son günlər hücumlarını aktivləşdirən Rusiya tərəfi, əsasən, Donetsk vilayətinə məxsus Soledar və Baxmut istiqamətində əks-hücum əməliyyatları həyata keçirir. Ötən ilin avqustundan bəri bölgədə gedən aktiv döyüşlər nəticəsində Rusiya MN yalnız bu ilin əvvəlində Soledara nəzarəti ələ keçirdiyini bildirmişdi.