Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Twitter öz ofisindəki əşyaları hərraca çıxarır

Tarix :
Twitter öz ofisindəki əşyaları hərraca çıxarır

Baş ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşən Twitter sosial şəbəkəsi ofis mebellərini, o cümlədən şirkətin loqosu olan quş heykəlini onlayn auksion vasitəsilə satışa çıxarıb.

Milyarder iş adamı Elon Mask tərəfindən satın alındıqdan sonra maliyyə böhranı iddiaları ilə gündəmə gələn sosial paylaşma saytı Twitter, quş heykəli, şirkətin loqosu da daxil olmaqla ofis əşyalarını onlayn hərracla satışa çıxarıb. 631 əşya arasında quş loqosu olan mavi ekran 17 min dollar, 16 min dollarlıq quş heykəli, 4-ə qədər təkliflə "@" simvolu şəklində dekorativ çiçək qabı təklif edilib. Digər tərəfdən onlayn hərraca 20 min adamın qatıldığı öyrənildi.