Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Elman Nəsirov: “Azərbaycan Prezidentinin bu tədbirə dəvət alması ölkəmizin iqdisadi uğurları ilə bağlıdır”

Tarix :
Elman Nəsirov: “Azərbaycan Prezidentinin bu tədbirə dəvət alması ölkəmizin iqdisadi uğurları ilə bağlıdır”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər etdi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Bu səfər çərçivəsində artıq kifayət qədər populyarlıq qazanmış Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasiminə qatıldı. Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi artıq dünyada böyük nüfuza malikdir və böyük beynəlxalq platforma kimi tanınır. Bu dəfəki tədbirə dünyanın 150 ölkəsindən 30 minə qədər iştirakçı qatılmışdı.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu tədbirə dəvət alması xüsusilə ölkəmizin iqdisadi uğurları ilə bağlıdır. Cənab prezident öz çıxışı çərçivəsində qeyd etdi ki, Azərbaycan dünyada çox mühüm, etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə də biz Avropanın enerji təhlükəsizliyində çox mühüm amilə çevrilmişiq və yeganə alternativ enerji mənbəyi kimi qəbul edilirik. O həmçinin qeyd etdi ki, 2022-ci ildə Azərbaycanın qaz ixracatı 22 milyar kubmetr təşkil edib və gələn il isə onun 24 milyar kubmetrə çatdırılması planlaşdırılır”.

“Artıq Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun əsası qoyulub” deyə sözlərinə davam edən E.Nəsirov Azərbaycanın Avropanın enerjiyə tələbatının ödənilməsi prosesində çox böyük töhfələr vermək niyyətində olduğunu qeyd edib.
“Hər kəsə bəllidir ki, artıq 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz ixracına 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Eyni zamanda cənab prezident vurğuladı ki, Azərbaycan “yaşıl enerji” istehsalına çox böyük önəm verir. Bu o demək deyil ki, bizim bu sahəyə çox böyük ehtiyacımız var. Azərbaycan özünün enerji təhlükəsizliyində artıq 2 il bundan əvvəl ödəyib. Ancaq biz “yaşıl enerji”yə xüsusi əhəmiyyət verməyimiz bununla bağlıdır ki, enerji ixracatını da şaxələndirmək istəyirik. Bu baxımdan Azərbaycanın çox böyük potensialı var. Cənab Prezident vurğuladı ki, hal-hazırda Azərbaycan 200 qiqavatlıq “yaşıl enerji” potensialına malikdir. Həmçinin qeyd etdi ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi imkanımız var. Vətən müharibəsi zamanı azad edilmiş ərazilərimizdə 10 qiqavatlıq külək və günəş enerjisi imkanımız var. Eyni zamanda Xəzər dənizinin Azərbaycan hissəsində nəhəng həcmdə , yəni 157 qiqavatlıq külək enerjisi potensialına malikik.
Cənab prezident qeyd etdi ki, Azərbaycan beynəlxalq enerji şirkətləri ilə imzaladığı analaşma memorandumları və sazişləri ilə Azərbaycan 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı yaranmış olacaq. Cənab prezidentin çıxışında daha bir vacib məqam da vurğulandı ki, bu gün Azərbaycan həm də elektrik enerjisinin çox mühüm bir ixracatçısına çevrilməkdədir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan təkcə neft, təbii qaz deyil, eyni zamanda bərpa olunan enerjini, neft-kimya məhsullarını dünya bazarına ixrac edir və bu da Azərbaycanın artan iqdisadi gücünün bilavasitə təsdiqidir. Bütün bu səbəblərdən Azərbaycana beynəlxalq aləmdə olduqca etibarlı tərəfdaş kimi yanaşırlar”.
Xatırladaq ki, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Prezdenti İlham Əliyev çıxış edib.