Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Pakistanın baş naziri hindistanlı həmkarına ÇAĞIRIŞ ETDİ

Tarix :
Pakistanın baş naziri hindistanlı həmkarına ÇAĞIRIŞ ETDİ

Pakistanın baş naziri Şahbaz Şərif Hindistanın baş naziri Narendra Modini Cammu və Kəşmir də daxil olmaqla bütün məsələlərin həlli üçün iki ölkə arasında ciddi və səmimi danışıqlar aparmağa çağırıb.
 
Xarici medianın məlumatına görə, Şərif Əl Ərəbiyyə televiziyasına müsahibəsində bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Hindistan və Pakistanı masaya oturtmaqda mühüm rol oynaya bilər.
"Cammu Kəşmirdə insan haqları pozuntularının çox hədsiz olduğunu və ölkədəki azlıqların da təqib edildiyini" vurğulayan Şərif Hindistanın danışıqlara hazır olduğunu dünyaya göstərmək üçün bunları dayandırmalı olduğunu vurğulayıb.
O, Hindistan və Pakistanın iki qonşu ölkə olduğunu və birlikdə yaşamalı olduqlarını ifadə edib:
"Sülh içində yaşamaq və irəliləyiş əldə etmək və ya bir-birimizlə mübahisə etmək, vaxt və resursları itirmək bizim əlimizdədir" - deyib.
Hindistan və Pakistanın 3 müharibə apardığını və bunun insanlara daha çox yoxsulluq və işsizlik gətirdiyini xatırladan Şərif, "Dərs aldıq və real problemlərimizi həll edə bildiyimiz müddətcə sülh içində yaşamaq istəyirik" – deyə əlavə edib.