Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Komandası bu mövsüm ilk dəfə uduzdu, istefa verdi

Tarix :
Komandası bu mövsüm ilk dəfə uduzdu, istefa verdi

Moldova "Şerif"inin baş məşqçisi Stepan Tomas istefa verib.
Bu barədə klubun saytı məlumat yayıb. Mütəxəssis ölkə çempioatında 12-ci turun mərkəzi oyununda  "Petrokub"a 0:1 hesabı ilə məğlubiyyətdən sonra bu qərarı verib. Bu komandanın Moldova Liqasında bu mövsüm ilk məğlubiyyəti olub.
Tomas matçdan sonra deyib: "Görünən odur ki, futbolçular  Avropa Liqasında Mançesterdə keçiriləcək "Mançester Yunayted"lə matçı düşünürdülər. Oyuna köklənmək yox idi. Bu, mənim səhvim idi".
Qeyd edək ki, "Şerif" ölkə çempionatında 27 xalla 1-cidir. "Petrokub" 21 xalla 2-cidir. Komanda Avroliqanın qrupunda isə 3 xalla 3-cü pillədə qərarlaşıb.