Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Güclü külək və yağış Biləsuvarda problemlər yaradıb

Tarix :
Güclü külək və yağış Biləsuvarda problemlər yaradıb

Son günlər ölkə ərazisində müşahidə olunan güclü külək və yağış Biləsuvar rayonunda transformatorda problemlər yaradıb.
Bu barədə “Report”un Muğan bürosuna Biləsuvar Elektrik Şəbəkəsindən məlumat verilib.
Belə ki, bu gün şəhərin mərkəzi hissəsi işıqsız qalıb və şəhər ərazisində iki saata yaxın elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
Şəbəkədən bildirilib ki, güclü külək və yağış ilə əlaqədar olaraq transformatorda təmirə ehtiyac yaranıb. Qeyd olunub ki, artıq transformatordakı təmir işləri yekunlaşıb.