Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Əfqanıstanda 45 narkoman donaraq ÖLDÜ

Tarix :
Əfqanıstanda 45 narkoman donaraq ÖLDÜ

Əfqanıstanın qərbindəki Herat əyalətində qış mövsümü başlayandan küçələrdə yaşayan 45 narkotik aludəçisinin donaraq öldüyü bildirilib.
Herat Polis Departamentinin Narkotiklərlə Mübarizə Şöbəsinin direktoru Hayatullah Ruhani məsələ ilə bağlı mətbuata açıqlama verib.
"Soyuqdəymə başlayandan bəri 45 narkoman dünyasını dəyişib. Biz narkomanların toplanması prosesinə başlamışıq ", - Ruhani bildirib. 
Müxtəlif əyalətlərdən gələn və Heratda yaşayan narkomanların da olduğunu bildirən Ruhani, son günlər təxminən 3500 narkomanın küçələrdən çıxarılaraq reabilitasiya mərkəzlərinə göndərildiyini qeyd edib.
Rəsmi məlumatlara görə, Herat vilayətində əksəriyyəti küçələrdə yaşayan 70 minə yaxın narkoman olduğu təxmin edilir.