Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Narkokuryerlik edən dəstə üzvləri saxlanıldılar - FOTO

Tarix :
Narkokuryerlik edən dəstə üzvləri saxlanıldılar - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Serqey Yudin və Elmar Siracov saxlanılıblar.
Həmin şəxslərin üzərinə və avtomobilinə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 1,5 kiloqram heroin və 98 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə Etibar Talıbov və Natiq Mütəllimov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman yarım kiloqramdan çox marixuana, heroin və 9 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri, Natiq Mütəllimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
  • Narkokuryerlik edən dəstə üzvləri saxlanıldılar - FOTO