Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistan parlamentinin sədri məhkəmədə ifadə verdi

Tarix :
Ermənistan parlamentinin sədri məhkəmədə ifadə verdi

Ermənistan parlamentinin sədri Alen Semonyan məhkəmədə ifadə verib. 
“Azatutyun” xəbər verir ki, o, 2018-ci ildəki məxməri inqilab zamanı İrəvanın Baqramyan prospektində baş verən partlayışlar barəsində danışıb. 
Spikerin sözlərinə görə, hadisələr zamanı bir neçə partlayış səsi eşidilib və daha sonra o, huşunu itirib.
Travma aldığını söyləyən parlament sədrinin iştirak etdiyi məhkəmə prosesi aprelin 6-da davam edəcək.
Xatırladaq ki, 2018-ci ilədə sabiq prezident Serj Sarkisyanın təşəbbüsü ilə keçirilən referendum nəticəsində o, Ermənistanın prezident respublikasından parlament respublikasına keçidini dəstəkləmiş və keçirilən saxta seçkilər nəticəsində S.Sarkisyan özünü Ermənistanın yeni Baş naziri elan etmişdi. Məhz bundan sonra hazırkı Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında paytaxt İrəvanda etiraz aksiyaları başlamış və 10 il Ermənistanda iqtidarı əlində saxlayan “Qarabağ klanı”nın ikinci üzvü olan S.Sarkisyan məcbur qalaraq hakimiyyətdən getmişdi.