Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

AYNA-nın bir sıra xidmətləri yeni ünvanda təşkil ediləcək

Tarix :
AYNA-nın bir sıra xidmətləri yeni ünvanda təşkil ediləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2021-ci ildən etibarən beynəlxalq yük daşımaları üçün tələb olunan “İcazə” blanklarının daşıyıcılar arasında bölgüsünü şəffaf mexanizm əsasında həyata keçirir.
Bölgüdə ictimai iştirakçılıq tam təmin olunur, yük daşıyıcılarının özləri də prosesdə iştirak edirlər.
Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış “İcazə” blanklarını bundan sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşlarından təhvil ala biləcəklər.
AYNA “Bakı KOB evi”ndə, həmçinin iriqabaritli yüklərin daşınması üçün icazə, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi xidmətləri də göstərəcək.
“Bakı KOB evi”nin ünvanı: Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə