Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada şəhər meri döyüldü

Tarix :
Rusiyada şəhər meri döyüldü

Rusiyanın Omsk vilayətində şəhər meri Gennadi Andreev sakinlərlə görüşdə döyülüb. 
Bu barədə vilayət İstintaq Komitəsinin nümayəndəsi Larisa Boldinova bildirib.
Hadisə Znamenski qəsəbəsində baş verib. 
İstintaq Komitəsinin nümayəndəsinin sözlərinə görə, münaqişə yerli sakinlərin ərazidə su təchizatı problemi səbəbindən baş verib. 
Mer beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.