Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Aparıcı həmkarlarını paxıllıqda ittiham etdi

Tarix :
Aparıcı həmkarlarını paxıllıqda ittiham etdi

Aparıcı Mətanət Əliverdiyeva bəzi həmkarlarını tənqid edib.
Olay xəbər verir ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb.
Mətanət ad çəkmədən bəzi aparıcıların paxıl olduğunu deyib:
“Bir bu xarakter səndə (Zaur Baxşəliyevi nəzərdə tutur - red.), bir də məndə var. Hazırda Xəzər TV-də çalışıram. Hər axşam verilişə başlayanda deyirəm ki, bütün həmkarlarımı salamlayıram, təbrik edirəm. Amma bunu başqalarında görmürəm. O biri aparıcılarda bu nə qısqanclıqdırsa, anlaya bilmirəm. Digər telekanaldakı aparıcını salamlamaq, elə bil başqa ölkənin düşmən kanalı ilə nəsə etməkdir. O paxıllığı istəmirəm”.
Mətanət Zaurun “Məncə, aparıcılar arasında paxıllıq yoxdur” sözlərinə “Yox, var. Qoyun, oturum”, - deyə cavab verib.