Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiya vətəndaşları ötən il Gürcüstanda 13 mindən çox ev alıblar

Tarix :
Rusiya vətəndaşları ötən il Gürcüstanda 13 mindən çox ev alıblar

Rusiya vətəndaşları 2022-ci il yanvarın 1-dən sentyabrın 9-dək Gürcüstanda 13 262 yaşayış evi satın alıblar.
Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi “Interpressnews”un sorğusuna cavabında bildirib. 
Sözügedən dövrdə ümumilikdə 15 164 daşınmaz əmlak üzərində Rusiya vətəndaşlarının mülkiyyət hüququ qeydiyyatdan keçirilib. Həmin dövrdə Gürcüstanda mənzil və obyekt sahibi olan Rusiya vətəndaşlarının sayının isə 12 335 nəfər olduğu bildirilib.
Qeyd edək ki, Ukraynada müharibənin başlamasından sonra rusiyalıların Gürcüstana kütləvi miqrasiyası ölkədə mənzil bazarında kəskin bahalaşmaya səbəb olub. Paytaxt Tbilisi də daxil olmaqla bir sıra şəhərlərdə kirayə mənzillərin qiymətində 30 faizədək artım olduğu bildirilir./APA