Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yol polisi xidməti maşınla piyadanı vurdu

Tarix :
Yol polisi xidməti maşınla piyadanı vurdu

Xudat-Nabran avtomobil yolunda DYP əməkdaşı xidməti avtomobillə qəza törədib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.
O bildirib ki, faktla bağlı araşdırma aparılır:
"Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə  qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. Hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı  xəstəxanaya  çatdırıb. Hazırda müalicəsi davam etdirilir".