Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ruslar Ukraynaya bu dəfə Belarusdan hücum etdilər

Tarix :
Ruslar Ukraynaya bu dəfə Belarusdan hücum etdilər


Oktyabrın 25-i Kiyev və regionda hava həyəcanı verilib.
UNİAN xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri, polkovnik Yuri İqnat məlumat verib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, ruslar Belarus ərazisindən “Şahed” kamikadze pilotsuz təyyarələrini havaya buraxıblar.
Polkovnikin sözlərinə görə, işğalçılar İranın 10 pilotsuz təyyarəsini havaya buraxıblar:
"Bu, onların Kiyevə Belarusdan ilk hücumu deyil”.
O əlavə edib ki, gün ərzində Ukrayna müdafiəçiləri üçün pilotsuz təyyarələri vurmaq daha asandır, çünki hədəf vizual olaraq daha yaxşı görünür.