Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiya və Belarus birlikdə hərbi təlimlərə başladı

Tarix :
Rusiya və Belarus birlikdə hərbi təlimlərə başladı

Belarusda Rusiyanın da iştirakı ilə regional qüvvələr qrupunun aviasiyasının taktiki-uçuş təlimi başlayıb. 
Bu barədə yanvarın 16-da Belarus Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün qoşunların regional qrupunun aviasiya komponentinə daxil olan Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimi başlayıb", - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya tərəfdən təlimlərdə Aerokosmik Qüvvələrin hərbi birləşmələri iştirak edir.