Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Həbsdə olan eks-prezidentin arvadının əmlakı müsadirə edildi

Tarix :
Həbsdə olan eks-prezidentin arvadının əmlakı müsadirə edildi

Sudanda məhkəmə həbsdə olan devrilmiş prezident Ömər əl-Bəşirin həyat yoldaşı Vidad Babəkirin əmlakının müsadirə edilib. 
Paytaxt Xartum məhkəməsi Bəşirin arvadını qanunsuz sahiblikdə təqsirli bilib, Babəkirin əmlakının müsadirə edilməsinə qərar verib və onu təxminən 169 milyon dollar cərimələyib.
Babəkirin əlində olan “qiymətli daşların qanunsuz və şübhəli sərvətlərə sübut olduğunu” vurğulayan məhkəmə, devrilmiş rəhbərin həyat yoldaşının onun sərvətinin və bütövlükdə daşınmaz əmlakının mənbəyini sübut edə bilməməsi ilə də izah edib.
Sudanda Baş Prokurorluq 2020-ci ilin oktyabrında Bəşirin həyat yoldaşına qarşı qeyri-qanuni əmlak əldə etdiyinə görə istintaqa başlayıb.
30 ilə yaxın ölkəni idarə edən Ömər əl-Bəşir 11 aprel 2019-cu ildə hərbi müdaxilədən sonra devrilib və  o həbs edilib.