Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistanda repressiyalar yenidən başladı: Müxalifətçilər həbs olunur

Tarix :
Ermənistanda repressiyalar yenidən başladı: Müxalifətçilər həbs olunur

Ermənistanın “Daşnaksütyun” partiyasının Verdibasar (Ararat) bölgə komitəsinin üzvü Qarnik Manukyan həbs edilib. 
“Sputnik-Armeniya” xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan sosial şəbəkədə məlumat yayıb. 
Avetisyanın sözlərinə görə, Ermənistan məhkəməsinin qərarı ilə Q.Manukyana iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
Xatırladaq ki, “Daşnaksütyun” partiyasının üzvlərinin mənzillərində axtarışlar və fəalların həbsləri bir neçə gündür davam edir.