Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Kriminal avtoritet Canqo Qırğızıstanda tutulub - qətldə şübhəli bilinir

Tarix :
Kriminal avtoritet Canqo Qırğızıstanda tutulub - qətldə şübhəli bilinir

Qırğızıstanın Oş şəhərində kriminal avtoritet, Canqo ləqəbli Kadırbek Dosonov qətldə şübhəli bilinərək saxlanılıb.
Qazaxıstan mediası xəbər verir ki, o, mütəşəkkil cinayətkar qruplaşma üzvünün qətlinin təşkilində şübhəli bilinir.
Oşun daxili işlər idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 13-də saat 01.15 radələrində Kurmancan Datka küçəsində mütəşəkkil cinayətkar dəstənin üzvünün öldürülməsi hadisəsi baş verib. 29 yaşlı Batken rayon sakini kəsici-deşici alətlə bir neçə zərbə alıb. O, aldığı yaralardan dünyasını dəyişib. Şübhəlilər ağ rəngli avtomobillə qaçıblar. 28 yaşlı Qarasu rayon sakini hadisə zamanı yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Daha sonra şübhəlilərin qaçdığı avtomobil tapılıb.
“Cinayət təşkil etməkdə şübhəli bilinərək Canqo ləqəbi ilə tanınan Kadırbek Dosonov saxlanılıb. Bundan əlavə, onun üç ortağı axtarışa verilib  - deyə idarədən bildirilib.