Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Pikenin Şakiraya cavabı gecikmədi

Tarix :
Pikenin Şakiraya cavabı gecikmədi

Dünya şöhrətli müğənni Şakira yeni mahnısında ona xəyanət edən keçmiş həyat yoldaşı, ulduz futbolçu Pikeyə mesaj göndərib.
O, “Music Sessions #53” mahnısında Pikeyə ünvanladığı ehtimal olunan “Rolex”i “Casio”ya dəyişdin” deyib.
Pikenin bu sözlərə cavabı gecikməyib.
“Casio” heyrətamiz saatdır, onu ömür boyu taxa bilərsiniz”, - cavabını verib.
Qeyd edək ki, Pike dünyaca məşhur saat markası “Casio” ilə də sponsorluq müqaviləsi imzalayıb.
Xatırladaq ki, ulduz cütlük 2022-ci ilin yayında futbolçunun xəyanətindən sonra ayrılıb. Məlumata görə, Pike hələ Şakira ilə münasibətdə olarkən başqa bir qızla - prodüser şirkətində işləyən 23 yaşlı tələbə Klara Çia Marti ilə görüşməyə başlayıb.
Mənbə: Haber Global