Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Podolyak Soledardakı son vəziyyəti açıqlayıb

Tarix :
Podolyak Soledardakı son vəziyyəti açıqlayıb

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Soledarda şəhər döyüşlərinin getdiyini və oraya heç kimin nəzarət etmədiyini açıqlayıb.

Bu barədə o, "Latinyna TV”nin yayımında bildirib.

"Döyüşlər gedir, çox ağır və qanlı və heç kəs onu tutmayıb, heç kəs ona nəzarət etmir. Təəssüf ki, ona həm də Ukrayna da tam şəkildə nəzarət etmir. Orada təmas döyüşləri gedir. Orada mahiyyət etibarilə şəhər qalmayıb”, - M. Podolyak vurğulayıb.

Xatırladaq ki, daha öncə Prezident Ofisinin rəhbəri Andriy Yermak Soledara heç kimin nəzarət etmədiyini bildirib. Rusiya isə şəhəri tam ələ keçirdiyini açıqlasa da, Ukrayna Ordusu bunu təkzib edib.