Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

317 min manatlıq qızılı Azərbaycana keçirmək istəyən şəxslər saxlanıldı

Tarix :
317 min manatlıq qızılı Azərbaycana keçirmək istəyən şəxslər saxlanıldı

Ümumi dəyəri 317 min manatdan artıq olan 6 kiloqrama qədər qızıl-zinət əşyalarınının Gürcüstana keçirilməsinin qarşısı alınıb. 
Gürcüstan KİV-ləri xəbər verir ki, Azərbaycan vətəndaşları qızılları Türkiyədən qanunsuz yolla Sarpi keçid məntəqəsi vasitəsilə Gürcüstana keçirməyə cəhd edib. 
Məlumata görə, onlar Gürcüstandan keçməklə qızılları Azərbaycana keçirməyə çalışıb. 
Hazırda sözügedən şəxsləri Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsinə əsasən, 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə gözləyir.