Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mövsimi olmayan meyvə-tərəvəz: Dietoloq xəbərdarlıq etdi

Tarix :
Mövsimi olmayan meyvə-tərəvəz: Dietoloq xəbərdarlıq etdi

“İstixana şəraitində yetişdirilən meyvə-tərəvəzlər üçün müxtəlif kimyəvi maddələrdən, hormonlardan istifadə olunur”.
Bunu Yenisabah.az-a danışan qida mütəxəssisi, dietoloq Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, məhsulun saxlanıldığı şəraiti normallaşdırmaq üçün müəyyən üsullardan istifadə olunur. Buna görə də “parnik” məhsulu insan orqanizminə mənfi təsir göstərir, hətta müxtəlif xəstəliklər yarada bilir:
“İnsan orqanizmi sağlamlıq üçün yaşadığı ərazidən 400 km uzaqlıqda olan ərazidə yetişən meyvə-tərəvəzi, heyvan mənşəli qidaları qəbul edə bilər. Bu zaman həmin qidalar daha sağlam olur. Çünki genetik olaraq həmin qidaların həzmi, orqanizmdə həll olub faydalı vitaminlərə dönməsi daha rahat olur. Lakin bu gün satışda mövsümü olmayan meyvə-tərəvəzlər var ki, onların yetişdirilməsi üçün həddindən artıq kimyəvi maddələr, eyni zamanda antibiotiklər, dərmanlardan istifadə olunur.
Bir çox hallarda həmin meyvə-tərəvəz GMO-dur, geni dəyişdirilmiş. Onlarla qidalanan şəxslər faydasından çox zərəri ilə qarşılaşırlar. Çünki onlarla qidalanan insanlarda mineral, vitamin əksikliyi çox olur. Meyvə-tərəvəzin yetişdirilməsində istifadə olunan dərmanlar insan orqanizminə keçir, bədəndə yığılır və bu, zamanla qaraciyər və böyrək çatışmazlığına qədər gətirib çıxarır”.
Ekspert qeyd edib ki, bu cür meyvə-tərəvəzdən xüsusilə hamilə qadınlar uzaq durmalıdır:
“Mövsümi olmayan meyvə-tərəvəzlərdən hamilə qadınlar da istifadə edir. Bu, xüsusən, onlar üçün təhlükəlidir. Həm ananın özü, həm də gələcəkdə dünyaya gələcək körpənin sağlamlığı üçün. Hamilələrin belə qidalardan uzaq durmağı tövsiyə olunur. Əgər sağlam olmaq istəyiriksə, mütləq şəkildə mövsümi və yerli meyvə-tərəvəzi yeməliyik”. 
Dietoloq əlavə edib: “Çəkiyə diqqət edən insanlar da meyvə qəbulunda diqqətli olmalıdır. Onlar meyvələri saatlara görə bölməlidirlər. Əgər şirin meyvələr (alma, şaftalı, banan, gilas və s.) yeyəcəklərsə, bunu günün birinci yarısında etməlidir. Digər meyvələri isə gün ərzində bölərək yeyə bilərlər. Yaxşı olar ki, meyvəni ya yeməkdən bir saat əvvəl, ya da yeməkdən 1 saat yarım sonra qəbul etsinlər. Bu zaman həmin meyvənin tərkibindəki vitamin və minerallar bədənə daha tez keçir”.