Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu gün Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilir

Tarix :
Bu gün Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilir

Bu gün Azərbaycanda növbədənkənar Prezident Seçkiləri keçirilir. 
“Yeni Əkinçi” bugünkü növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Seçkilərdə 6 milyon 300 mindən artıq seçici siyahıya alınıb. Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb. Bu seçki məntəqələrinin 26-sı işğaldan azad olunmuş ərazilərdə yerləşir.
Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində 49 seçki məntəqəsi yaradılıb.
Prezident seçkilərini işıqlandırmaq üçün 63 beynəlxalq media qurumu, 119 xarici jurnalist qeydiyyatdan keçib.
Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib. 
Səsvermə səhər saat 08.00-dan axşam saat 19.00-a kimi keçiriləcək. 
Növbədənkənar prezident seçkisində saat qurşağına görə səsvermə ilk olaraq Cənubi Koreyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində başlayacaq.
Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. 
Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində, yəni fevralın 17-dək prezident seçkilərinə yekun vurulmasını və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim olunmasını təmin etməlidir.
Seçki günü ölkə ərazisində qeyri-iş günüdür.