Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu il evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Tarix :
Bu il evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

"Hazırda evlərin satış qiymətində ciddi dəyişiklik müşahidə olunmur".
Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, yanvarın ayının sonundan başlayaraq əmlak bazarında aktivlik müşahidə olunacaq:
"Əmlak bazarı bu və ya digər şəkildə bir-birinə bağlıdır. Proses onu göstərir ki, qiymət artımı baş verirsə, bu, bir istiqamətdə müşahidə olunmur. Torpaq sahələrinin qiyməti artırsa, digər tikililərdə də artım baş verir".
Bu il evlərin qiymətinin necə dəyişəcəyinə gəlincə, ekspert indidən proqnoz verməyin tərəfdarı olmadığını bildirib: "Bazarda illik qiymət dəyişmələrini proqnozlaşdırmaq üçün iqtisadi əsaslandırmamız yoxdur. Ona görə də gözləmək daha yaxşı olardı. Bunu qeyd etmək istərdim ki, qiymət azalması gözləmirəm".