Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Lənkəranda polisə tabe olmayan şəxs HƏBS EDİLDİ

Tarix :
Lənkəranda polisə tabe olmayan şəxs HƏBS EDİLDİ

Lənkəranda polisə tabe olmayan şəxs həbs olunub.
Lənkəran şəhər sakini Rasim Abbasov (ad-soyad şərtidir) 11 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində şəhərin Ş.Xiyabanı küçəsində əlini polis əməkdaşlarının xidməti avtomobilinə tərəf uzadaraq əxlaqsız jestlər edib, uca səslə söyüşlər söyüb və orada xidmət aparan polislərin qanuni tələblərinə qəsdən tabe olmayıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
Lənkəran Rayon Məhkəməsinin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.