Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Naxçıvanda maşın qadını piyada keçidində vurdu

Tarix :
Naxçıvanda maşın qadını piyada keçidində vurdu

Naxçıvan şəhərində baş verən qəzada piyada xəsarət alıb.
Ötən gecə baş verən hadisə şəhərin Azadlıq prospektində qeydə alınıb.
Belə ki, 67-BH-847 nömrəli avtomobilin sürücüsü Əli Mirzəyev Azadlıq prospektində, Şəhidlər xiyabanı - Araz qonaq evi istiqamətində piyada keçidini keçmək istəyən Aygün Əliyevanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Əliyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Yaralıya bazu sümüyü cisminin sınığı diaqnozu qoyulub. 
Faktla bağlı araşdırma aparılır.