Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Sumqayıt“ braziliyalı futbolçu aldı

Tarix :
“Sumqayıt“ braziliyalı futbolçu aldı

"Sumqayıt" dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb. 
Klubun mətbuat xidməti xəbər verir ki, "Kolos"un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətə cəlb edilib. Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. 
Qeyd edək ki, "Sumqayıt" tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində "Şaxtyor" (Soliqorsk, Belarus), "Vitebsk" (Belarus), "Yagelloniya" (Polşa), "Zalagerseq" (Macarıstan) və "Kolos" (Ukrayna) kimi klublarda çıxış edib.