Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Flora Kərimova: “Mən yalnız bir nəfəri bağışlamışam“

Tarix :
Flora Kərimova: “Mən yalnız bir nəfəri bağışlamışam“

Xalq artisti Flora Kərimova aparıcı Ulvira Qarayevanın "Astar" “YouTube” layihəsində qonaq olub.
Yenisabah.az xəbər verir ki, bu günə kimi qalmaqal yaşadığı həmkarlarından danışan sənətçi onlarda bir nəfəri – Teymur Əmrahı bağışladığını açıqlayıb:
"Bağışlamaq, görməmək, udmaq, qorxmaq mənim xüsusiyyətimə aid deyil. Mən yalnız bir dəfə Teymur Əmraha göz yumdum və bununla da məsələ qurtardı. O, stabil adam deyil və mənə qarşı çox haqsızlıqlar elədi.
Mən Afət Fərmanqızı haqqında heç nə bilmirdim. Yalnız ona dedim ki, Nəsiminin qəzəlini belə oxumazlar. Sənətkar kimi dedim ki, belə oxumaq olmaz. Ağzı açıldı, gözü yumuldu. Mən də neçə il səsimi çıxarmadım. İndi Azərbaycana gəlməyə həsrətdir. Məhkəməni uddum və ondan təzminat istəmirdim. Axtarışa verilib və indi qorxusundan Bakıya gəlmir. Mənə nələr demədi, namusumdan, övladlarımdan, nəvəmdən tutmuş..."