Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Gürcüstanda COVID-in qorxulu variantı aşkarlandı

Tarix :
Gürcüstanda COVID-in qorxulu variantı aşkarlandı

Gürcüstanda koronavirusun “kraken” variantı aşkarlanıb.
“Sputnik Georgia” xəbər verir ki, bu barədə Gürcüstanın ictimai səhiyyə eksperti Giorgi Pxakadze məlumat yayıb.
O qeyd edib ki, bu, digər növlərdən 140% daha yoluxucu olan yeni növ koronavirusdur: “Əgər “kraken”ə yoluxan bir nəfər otağa girərsə, o zaman otaqdakı hər kəs xəstələnəcək”.
Mütəxəssis səhiyyə sektorunun “kraken”in gözlənilən yayılma dalğasına hazır olmadığı qeyd edərək hər kəsə maska taxmağı tövsiyə edib.