Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ABŞ-da uçuşlar DAYANDIRILDI

Tarix :
ABŞ-da uçuşlar DAYANDIRILDI

ABŞ-da bütün daxili uçuşlar dayandırılıb.
Xarici medianın məlumatına görə, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) kompüter sistemində yaranan problemə görə bütün daxili uçuşları dayandırmağı əmr edib.
ABŞ Federal Aviasiya İdarəsindən verilən açıqlamada, uçuş personalına və hava limanlarına xəbərdarlıq edən hava idarəetmə sistemində (NOTAM) problem olduğu bildirilib.
Açıqlamada "FAA sistemi bərpa etmək üçün çalışır. Hazırda yoxlamaları edirik" ifadələri işlədilib. Bildirilib ki, ölkədəki bütün reyslər fasilədən təsirlənib və “FAA aviaşirkətlərə bütün daxili uçuşları saat 09:00-a qədər dayandırmağı tapşırıb”.