Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Açıq ürək əməliyyatı keçirən aktyorun səhhəti necədir? - Həyat yoldaşı açıqladı

Tarix :
Açıq ürək əməliyyatı keçirən aktyorun səhhəti necədir? - Həyat yoldaşı açıqladı

"Əməkdar artist Vahid Əliyev açıq ürək əməliyyatı olunub”.
 
Bunu açıqlamasında aktyorun həyat yoldaşı Tamilla Əliyeva deyib. O, Vahid Əliyevin vəziyyətinin yaxşı olduğunu bildirib:
 

"İki gün əvvəl əməliyyat olunub, reanimasiyada idi. İndi palataya köçürüblər, bir azdan onunla görüşə icazə alacam”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Əməkdar artist Vahid Əliyevin səhhətində problemlər yaranmışdı. Həkimlər onun infarkt keçirdiyini və ürəyində 3 damar tıxandığını bildirmişdilər.