Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistanda qadınlar hərbi xidmətə cəlb edilə bilər

Tarix :
Ermənistanda qadınlar hərbi xidmətə cəlb edilə bilər

“Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsi haqqında qanun layihəsi hələ hazırlanma mərhələsindədir, dövriyyəyə buraxılmayıb”.
“Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.
İdarə rəisinin müavininin sözlərinə görə, bu fikrin yaranmasına səbəb müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə qadınların fəallığı olub:
“Ermənistan Müdafiə Nazirliyi əvvəllər qadınlar üçün atıcılıq kursları təşkil edib və nəticələr strukturun rəhbərliyini təəccübləndirib. Bu və digər amillər nəzərə alınaraq müvafiq qanunvericilik təşəbbüslərinin müzakirəsinə başlanılması qərara alınıb. Qadınlar üçün hərbi xidmət yalnız könüllü olacaq.
Bəzi hüquqi prosedurlardan keçdikdən sonra qanun layihəsi ictimaiyyətə təqdim olunacaq və bütün maraqlı tərəflər öz fikirlərini bildirmək imkanı əldə edəcəklər. Artıq təxmini layihəmiz var, lakin konkret danışmaq üçün hələ tezdir”.