Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İsrail prezidenti Ərdoğanı ölkəsinə dəvət etdi

Tarix :
İsrail prezidenti Ərdoğanı ölkəsinə dəvət etdi

Türkiyənin Tel-Əvivdəki səfiri Şakir Özkan Torunlar etimadnaməni İsrail prezidenti İsaak Hersoqa təqdim edib.
Şakir Özkan Torunlar  İsrail prezidentinin Qərbi Qüdsdəki iqamətgahında keçirilən mərasimdə Hersoq tərəfindən qəbul edilib.
İsrail prezidenti Hersoq da səfəri zamanı prezident Tayyib Ərdoğanı ölkəsinə dəvət edib.
Qeyd edək ki, ötən ilin avqustunda iki ölkə qarşılıqlı şəkildə səfir təyin etmək qərarına gəlib və İsrailin baş naziri Binyamin Netanyahu noyabrda keçirilən seçkilərdə qalib gəldikdən sonra Ankara ilə münasibətləri yaxşılaşdırmaq üçün Ərdoğanla razılaşıb.